Menyu

Astarada narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Operativ Media
Astarada narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
1 dəq oxu
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı Gündüz Tağıyev saxlanılıb. Onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 46 ədəd narkotik tərkibli bitki aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əlaqəli Xəbərlər