Menyu

“Azərxalça” yenidən təşkil edilib, “Azəripək” ASC ona birləşdirilib

Operativ Media
“Azərxalça” yenidən təşkil edilib, “Azəripək” ASC ona birləşdirilib

İpəkçilik və xalçaçılıq sahələrinin idarə edilməsi vahid mərkəzdən təşkil olunacaq.

Operativ Media xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yeni Fərman imzalayıb.

Fərmana əsasən, “Azəripək” Açıq Səhmdar Cəmiyyəti “Azərxalça” ASC-yə qoşulması formasında yenidən təşkil edilib. Eyni zamanda “Azəripək” ASC-nin özəlləşdirilməsi prosesi dayandırılıb.

Sənədə uyğun olaraq, Qax Rayon Damazlıq İpəkçilik Stansiyası da əmlakı ilə birlikdə “Azərxalça” ASC-nin tabeliyinə verilib.

Bundan başqa, Aqrar Subsidiya Şurasına ölkədə istehsal olunaraq tədarükçülərə təhvil verilən yaş baramaya və tut bağlarının salınmasına görə verilən subsidiyaların məbləğinə yenidən baxılması tapşırılıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər