Menyu

Sabah Biləsuvarın bəzi kəndlərində qaz olmayacaq

Operativ Media
Sabah Biləsuvarın bəzi kəndlərində qaz olmayacaq
1 dəq oxu

Sabah Biləsuvar rayonunun 6 kəndində qaz təchizatı dayandırılacaq.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ağalıkənd, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Aşağı Cürəli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Əlaqəli Xəbərlər