Hövsan MİDA-2-də içməli su təchizatı ilə bağlı problem aradan qaldırılıb
Hövsan MİDA-2 yaşayış kompleksinin sakinlərinin içməli su təchizatı ilə bağlı qarşılaşdığı problem aradan qaldırılıb.
Yerli sakinlər ərazidə suyun kəsildiyini və aidiyyəti qurumlar arasında koordinasiya uyğunsuzluğunun yarandığını bildirmişdilər.
Məsələ ilə bağlı Operativ Media-nın sorğusuna cavab olaraq MİDA-dan bildirilib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsində su təchizatı ilə əlaqədar aidiyyəti qurum tərəfindən müvafiq işlər aparılıb və suyun verilməsi təmin olunub.
Qurumdan həmçinin əlavə edilib ki, təmir-bərpa işləri yekunlaşana qədər sakinlərin su ilə bağlı tələbatının qarşılanması üçün kompleksin ərazisində zəruri şartlər də yaradılıb.
dəqiqələr içində saytın olsun.