Menyu

4SİM-in dəstəyi ilə “METAK”da sənaye 4.0 transformasiyası uğurla həyata keçirilir

Operativ Media
4SİM-in dəstəyi ilə “METAK”da sənaye 4.0 transformasiyası uğurla həyata keçirilir

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində “METAK” MMC-də texniki xidmət və təmir prosesləri rəqəmsallaşdırılıb, istehsal proseslərinin avtomatlaşdırılması və real vaxt rejimində idarə olunmasına imkan verən yeni texnoloji həllərin tətbiqinə başlanılıb.

Operativ Media xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) həyata keçirdiyi “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində “METAK” MMC-də texnoloji transformasiya istiqamətində mühüm nəticələr əldə olunur.

Polad boru və profil istehsalı sahəsində fəaliyyət göstərən “METAK” MMC proqramın pilot mərhələsindən etibarən təşəbbüsə qoşulub. 4SİM-in dəstəyi ilə müəssisədə aparılmış diaqnostika nəticəsində texnoloji transformasiya üzrə prioritet istiqamətlər müəyyən edilib, fərdiləşdirilmiş yol xəritəsi hazırlanıb və istehsal proseslərinin mərhələli rəqəmsallaşdırılmasına başlanılıb.

Artıq şirkətdə texniki xidmət və təmir proseslərinin idarə edilməsi rəqəmsallaşdırılıb. Eyni zamanda avadanlıqların vəziyyətinin real vaxt rejimində izlənilməsi və mümkün nasazlıqların əvvəlcədən müəyyən edilməsi üçün proqnozlaşdırıcı texniki xidmət həllərinin tətbiqi istiqamətində işlər aparılır.

Hazırda polad boru və profil istehsalında soyutma, yağlama və filtrasiya prosesinin avtomatlaşdırılması üzrə yeni həll tətbiq olunur. Nəticədə istehsalda istifadə olunan məhlul sərfinin 30%-dək azaldılması, boşdayanmaların və texniki xidmət xərclərinin aşağı salınması, avadanlıqların istismar müddətinin uzadılması və məhsul keyfiyyətinin yüksəldilməsi gözlənilir.

İqtisadiyyat Nazirliyinin dəstəyi ilə icra olunan “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” yerli müəssisələrin texnoloji transformasiyasının sürətləndirilməsi, qabaqcıl texnologiyaların tətbiqinin genişləndirilməsi və onların rəqabət qabiliyyətinin artırılması məqsədilə həyata keçirilir. Proqram çərçivəsində müəssisələrin texnoloji hazırlıq səviyyəsi qiymətləndirilir, transformasiya üzrə prioritet istiqamətlər müəyyənləşdirilərək fərdiləşdirilmiş yol xəritələri hazırlanır və müvafiq texnoloji həllərin tətbiqinə dəstək göstərilir. Proqram sənaye müəssisələrində Sənaye 4.0 yanaşmalarının tətbiqinin genişləndirilməsinə və ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verməyi hədəfləyir.


Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər