Menyu

Emin Əmrullayev Yardımlıda vətəndaşları qəbul edəcək

Operativ Media
Emin Əmrullayev Yardımlıda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 18-də Yardımlı şəhərində vətəndaşları qəbul edəcək.

Elm və Təhsil Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, qəbulda Yardımlı, Masallı və Cəlilabad sakinləri iştirak edə bilərlər.

Qeyd olunub ki, adları çəkilən şəhər və rayonların sakinləri 8 sentyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Bildirilib ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər