Menyu

Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Operativ Media
Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Aparılan və aparılacaq təmir işləri ilə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Operativ Media xəbər verir ki, məhdudiyyətlər aşağıdakı tarix və küçələr üzrə tətbiq olunacaq:

Suraxanı rayonunun Günəşli qəsəbəsində yerləşən İlqar Musayev küçəsində — avqustun 27-si saat 22:00-dan; Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Xəlil bəy Xasməmmədov küçəsində — avqustun 27-si saat 22:00-dan; Bakıxanov qəsəbəsindəki Yavər Əliyev küçəsində — avqustun 28-i saat 20:00-dan; Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan 600 metrlik hissəsində — avqustun 28-i saat 20:00-dan; Mixail Kaveroçkin küçəsinin Ceyhun Hacıbəyli küçəsindən Üzeyir Bünyadzadə küçəsinədək olan hissəsində — avqustun 31-i saat 16:00-dan.

Sürücülərdən qeyd olunan müddətlərdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər