Menyu

Belarus və Azərbaycan ikitərəfli dialoqun yüksək dinamikasını müsbət qiymətləndirib

Şəfa Hüseynli
Belarus və Azərbaycan ikitərəfli dialoqun yüksək dinamikasını müsbət qiymətləndirib
1 dəq oxu

Belarus xarici işlər naziri Maksim Rıjenkov avqustun 28-də Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Belarus XİN məlumat yayıb.

"Tərəflər yüksək səviyyədə Belarus-Azərbaycan dialoqunun yüksək dinamikasını, dövlətlərarası münasibətlərin dostcasına və konstruktiv xarakterini, ticarət-iqtisadi və humanitar əməkdaşlıqda əldə edilən nəticələri müsbət qiymətləndiriblər", - məlumatda qeyd edilib.

Görüşdə həmçinin iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlığın daha da intensivləşdirilməsində maraqlı olduqları təsdiqlənib.

Əlaqəli Xəbərlər