Menyu

Yaşıllıqlara 49 min manatdan çox ziyan vurulub

Operativ Media
Yaşıllıqlara 49 min manatdan çox ziyan vurulub

Ötən həftə Bakı şəhəri və İmişli rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu barədə Operativ Media-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, araşdırma zamanı Bakı şəhəri Zabrat qəsəbəsi Fərman Salmanov küçəsində, Nizami rayonu Elşən Süleymanov küçəsi 135 ünvanında, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Samir Cəfərov küçəsində, İmişli rayonunun inzibati ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 49 400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər