Menyu

Alkoqollu içkilərin satışı mağazasında saxta içkilər aşkarlanıb

Operativ Media
Alkoqollu içkilərin satışı mağazasında saxta içkilər aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, ev 112 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Elxan Cəlal oğluna məxsus alkoqollu içkilərin satışı mağazasında plandankənar yoxlama keçirilib.

Operativ Media xəbər verir ki, yoxlama zamanı ticarət obyektində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, aşkar saxtalaşdırılma əlamətləri olan 5 ədəd 1 litrlik, 25 ədəd 0,7 litrlik “OНЕГИН” əmtəə nişanlı və 5 ədəd 0,5 litrlik, 9 ədəd 0,7 litrlik “МЪНСКЪ” əmtəə nişanlı alkoqollu içki aşkarlanıb.

Faktla bağlı inzibati protokol tərtib olunub, sözügedən alkoqollu içkilərin satışı qadağan edilib.

Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər