Menyu

AAYDA: Yol kənarındakı qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır

Operativ Media
AAYDA: Yol kənarındakı qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır

Yol kənarındakı qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vətəndaşlara müraciətində bildirilir.

"Sürətli magistral və ödənişli avtomobil yollarının kənarlarında quraşdırılan qoruyucu dəmir torlar vəhşi və ev heyvanlarının hərəkət hissəsinə çıxmasının qarşısını almaqla yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Lakin bəzi hallarda bu torların ayrı-ayrı şəxslər tərəfindən zədələnməsi və ya qırılması nəticəsində heyvanların avtomobil yoluna çıxmasına şərait yaranır. Bu isə sürücülər üçün gözlənilməz təhlükə yaradır və ağır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır", - deyə müraciətdə qeyd olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər