Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər
Operativ Media
Dövlət Gömrük Komitəsi yanında Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman vasitələri aşkar edilib.
Operativ Media Komitəyə istinadən xəbər verir ki, idarənin "Qırmızı Körpü" gömrük postundan keçməklə ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Baxış zamanı nəqliyyat vasitəsinin qoşqu hissəsində kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən gömrük orqanına bəyan edilməyən 11 adda 43 836 ədəd dərman vasitəsi aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net