Menyu

FHN Bakı Metropolitenində yanğın təhlükəsizliyinə dair tədbirlər keçirib

Operativ Media
FHN Bakı Metropolitenində yanğın təhlükəsizliyinə dair tədbirlər keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) “Bakı Metropoliteni” QSC-nin struktur bölmələrində “Bakı Metropolitenində yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Operativ Media xəbər verir ki, metropolitenin departament, xidmət və sahələrinin yanğın təhlükəsizliyinə cavabdeh şəxsləri və baş mühəndislərinin iştirakları ilə keçirilən tədbirlərdə DYNX əməkdaşları tərəfindən metropolitendə yanğın təhlükəsizliyinə dair tələblər və yanğın zamanı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. Eyni zamanda, elektrik təsərrüfatında yanğın törədə biləcək səbəblərin aradan qaldırılması üçün metropolitenin yerüstü və yeraltı obyektlərinin və inzibati binalarının elektrik şəbəkələri, elektrik qurğuları, cihaz və avadanlıqlarının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab verməsinə dair tələblər aidiyyəti şəxslərin nəzərinə çatdırılıb.

Tədbirlərdə metropoliten ərazisində baş verə biləcək fövqəladə hallar zamanı atılacaq zəruri addımlar, o cümlədən yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani izah edilib, suallar cavablandırılıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər