Menyu

Xətai, Sabunçu və Suraxanıda qaz olmayacaq

Operativ Media
Xətai, Sabunçu və Suraxanıda qaz olmayacaq

Sabah Xətai, Sabunçu və Suraxanı rayonlarının bir sıra ərazilərində qaz olmayacaq.

Operativ Media xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyi (İB) məlumat yayıb.

Payız-qış mövsümünə hazırlıq, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun R. Quliyev, İ. Əbilov, Sadıqcan, Zığ yolu, Cavanşir küçələrinin və Kombinat ərazisinin, Sabunçu rayonunun Ə. Dadaşov, Y. Saratov, M. Kalinin, Ş. Rustaveli, M. İbrahimov küçələrinin və Balaxanı qəsəbəsində Fazenda küçəsinin, Suraxanı rayonunun Zığ qəsəbəsində H. Allahverdiyev, Xanlar, N. Gəncəvi, İ. Süleymanov, R. Göyüşov, S. Həmidov küçələrinin və Zığ şosesinin bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər