Gəncədə yeddiotaqlı ev yanıb
Operativ Media
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Bağmanlar küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Operativ Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 310kv.m. olan ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində baş vermiş yanğın genişlənərək digər mərtəbəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yeddiotaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 55kv.m. sahədə yanıb.
Xəsarət alan olmayıb.
Fərdi yaşayış evinin böyük hissəsi yanğından mühafizə olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net