Bakıda 111 küçə və prospektin təmiri nəzərdə tutulub
Operativ Media
Paytaxtın bütün rayonlarını əhatə edən genişmiqyaslı yol təmiri proqramı çərçivəsində 111 küçə və prospektdə yenilənmə işlərinin aparılması nəzərdə tutulub.
Operativ Media xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) həyata keçirdiyi proqram çərçivəsində artıq 46 küçədə təmir işləri yekunlaşıb.
Ümumilikdə 32 kilometr uzunluğunda yol yenilənib. Hazırda 20 küçədə təmir işləri davam etdirilir.
Proqrama daxil olan digər küçə və prospektlərdə də işlərin mərhələli şəkildə aparılması planlaşdırılır.
Təmir işlərinin əsas məqsədi paytaxt sakinləri üçün daha rahat, təhlükəsiz və keyfiyyətli yol infrastrukturu yaratmaqdır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net