Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Təmir işləri ilə əlaqədar Bakının bir neçə küçə və yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Operativ Media-ya bildirilib ki, məhdudiyyətlər sentyabrın 2-si və 3-ü tarixlərində tətbiq olunacaq.
Belə ki, sentyabrın 2-si saat 09:00-dan Mikayıl Əliyev küçəsi ilə Kamil Balakişiyev küçəsi arasında yerləşən avtomobil yolunda, saat 10:00-dan isə Kamil Balakişiyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsindən 61 nömrəli məktəbədək olan hissəsində hərəkət məhdudlaşdırılacaq.
Sentyabrın 3-ü saat 08:00-dan isə Xətai rayonunda yerləşən Abdulla Rəhimov küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Sürücülərdən təmir işləri aparıldığı müddətdə alternativ yollardan istifadə etmələri və ərazidə quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
dəqiqələr içində saytın olsun.