Menyu

Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması nəzərdə tutulur

Nərmin Qocamanlı
Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması nəzərdə tutulur

Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması üçün bütün qurumlar, peşə təşkilatları və işgüzar dairələr səylə çalışır.

Operativ Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib.

Hakan Fidan bildirib ki, Azərbaycanla münasibətlərin ən mühüm istiqamətlərindən biri iqtisadi və ticarət əməkdaşlığıdır. Onun sözlərinə görə, qarşılıqlı investisiyalar, birgə layihələr və ticarət dövriyyəsi hər keçən gün daha da artır.

Nazir qeyd edib ki, prezidentlər tərəfindən qarşıya qoyulan … milyard dollarlıq ticarət dövriyyəsinə ən qısa zamanda çatmaq üçün bütün qurumlar, peşə təşkilatları və işgüzar qruplar fəal çalışırlar.

H.Fidan enerji, nəqliyyat və bağlantı sahələrində əməkdaşlığın da Azərbaycan-Türkiyə münasibətlərinin strateji istiqamətlərindən biri olduğunu bildirib. O, Bakı-Tbilisi-Qars dəmir yolunu Orta Dəhlizin ən mühüm komponentlərindən biri kimi qiymətləndirib və onun səmərəli şəkildə istifadəsini arzuladıqlarını deyib.

Türkiyənin xarici işlər naziri müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın da yüksək səviyyəyə çatdırıldığını vurğulayıb. O qeyd edib ki, silahlı qüvvələr arasında keçirilən birgə təlimlər, təhsil və təcrübə mübadiləsi, eləcə də müdafiə sənayesi müəssisələri arasında inkişaf edən əməkdaşlıq bunun konkret göstəriciləridir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər