Emin Əmrullayev: Təhsildə uzunmüddətli inkişaf və qısamüddətli çevik addımlar balanslaşdırılmalıdır
Təhsil sisteminin inkişafında uzunmüddətli yanaşma ilə yanaşı, qarşıya çıxan problemlərin həlli üçün qısamüddətli və çevik addımların atılması da vacibdir.
Operativ Media xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində bildirib.
Nazir qeyd edib ki, bəzi sistemlərin və iqtisadiyyatların onilliklər ərzində keçdiyi inkişaf yolunu qısa müddətdə tamamlamaq mümkün deyil. Onun sözlərinə görə, 30 il ərzində qət edilmiş məsafəni beş il ərzində keçmək çətin məsələdir.
Emin Əmrullayev bildirib ki, belə vəziyyətdə müəyyən problemlərin həlli üçün qısa yollar və sürətli nəticələr verən yanaşmalardan da istifadə etmək lazımdır.
O vurğulayıb ki, yalnız uzunmüddətli perspektivə fokuslanmaq gözlənilməz və qeyri-müəyyən vəziyyətlərə vaxtında reaksiya vermək imkanını məhdudlaşdıra bilər.
Nazirin sözlərinə görə, digər tərəfdən yalnız qısamüddətli və sürətli nəticələrə yönəlmək də sistemli problemlərin həllini çətinləşdirə və ölkənin inkişaf baxımından geridə qalmasına səbəb ola bilər.
Emin Əmrullayev qeyd edib ki, Azərbaycanda təhsil sistemi üzrə bu iki yanaşmanın balanslaşdırılması istiqamətində iş aparılır. O, bir tərəfdən güclü pilot layihələrdən istifadə edilməsinin, digər tərəfdən isə uzunmüddətli inkişafın təmin olunmasının vacibliyini vurğulayıb.
dəqiqələr içində saytın olsun.