Menyu

Emin Əmrullayev: "Təhsil sistemi ilə şirkətlərin gözləntiləri uzlaşdırılmalıdır"

Nərmin Qocamanlı
Emin Əmrullayev: "Təhsil sistemi ilə şirkətlərin gözləntiləri uzlaşdırılmalıdır"

Müxtəlif dövlət və özəl qurumların fəaliyyətində əsas diqqət onların fərdi göstəricilərinə deyil, ümumi məqsədlərə yönəldilməlidir.

Operativ Media xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində bildirib.

Nazir qeyd edib ki, müxtəlif qurumların yalnız öz əsas fəaliyyət göstəricilərinə (KPI) üstünlük verməsi ümumi mənzərənin nəzərdən qaçırılmasına səbəb ola bilər.

“Əsas məsələ ehtiyacları anlamaq və onları birləşdirməyə çalışmaqdır. Problem müxtəlif qurumların, istər dövlət, istərsə də özəl sektorun, öz KPI-larına üstünlük verdiyi zaman yaranır. Biz ümumi KPI-ları nəzərdən qaçırırıq. Burada əsas məsələ bunu aradan qaldırmaq və paylaşdığımız bir və ya bir neçə mühüm göstərici ətrafında səyləri birləşdirməkdir”, - deyə Emin Əmrullayev bildirib.

O vurğulayıb ki, təhsil sistemi ilə şirkətlərin bacarıqlara dair gözləntilərinin uzlaşdırılması vacibdir. Nazirin sözlərinə görə, məsələn, təhsil sistemi üçün PISA nəticələri mühüm göstərici ola bilər, şirkətlər üçün isə əsas gözlənti yeni məzunun işə başladıqdan sonra qarşıya qoyulan problemi həll edə bilməsidir.

“Burada biz uyğunlaşmalıyıq. Bəlkə də SOCAR üçün PISA nəticələri o qədər də əhəmiyyət daşımır. Onlar üçün həqiqətən vacib olan yeni məzunun işə gəlib problemi həll edə bilməsidir. Buna görə də resursları və digər imkanları necə birləşdirə biləcəyimizi düşünməliyik”, - deyə nazir qeyd edib.

Emin Əmrullayev müxtəlif tərəfdaşlar arasında əməkdaşlığın bu baxımdan müsbət nümunələr yaratdığını bildirib. O, SOCAR, PAŞA və Bakıdakı biznes məktəbi ilə əməkdaşlığı səylərin birləşdirilməsinə nümunə kimi göstərib.

Nazir, həmçinin texniki universitet və akademiya ilə əməkdaşlığın şirkətlərin ehtiyaclarının qarşılanmasına imkan verdiyini qeyd edib.

O bildirib ki, Xəzər Universitetində İT və texnologiya sahəsində həyata keçirilən layihələr də bu istiqamətdə əməkdaşlığın nümunələrindəndir.

Emin Əmrullayev vurğulayıb ki, müxtəlif qurumların prioritetlərini və resurslarını bir araya gətirməklə daha genişmiqyaslı nəticələr əldə etmək mümkündür.

Onun sözlərinə görə, bu yanaşma yalnız ayrı-ayrı layihələrlə məhdudlaşmamalı, daha geniş makro siyasət və gələcək strategiyalara, eləcə də sosial-iqtisadi inkişaf məsələlərinə də tətbiq edilməlidir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər