Menyu

SOCAR prezidenti: Süni intellekt inkişaf etsə də, ənənəvi bacarıqlar əhəmiyyətini qoruyur

Nərmin Qocamanlı
SOCAR prezidenti: Süni intellekt inkişaf etsə də, ənənəvi bacarıqlar əhəmiyyətini qoruyur

Elm və texnologiyanın sürətli inkişafı gələcəkdə hansı bacarıqlara ehtiyac olacağını dəqiq müəyyənləşdirməyi çətinləşdirir.

Operativ Media xəbər verir ki, bu sözləri SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib.

Rövşən Nəcəf qeyd edib ki, əmək bazarının qısamüddətli, ortamüddətli və uzunmüddətli ehtiyaclarını müəyyənləşdirmək üçün bu anlayışların özlərinin də dəyişdiyini nəzərə almaq lazımdır.

O bildirib ki, texnologiyaların sürətli inkişafı fonunda ömürboyu öyrənmə getdikcə daha böyük əhəmiyyət qazanır.

“Avtomatlaşdırma, robototexnika və süni intellekt inkişaf edir. Süni intellekt və kibertəhlükəsizlik vacib istiqamətlərdir. Lakin biz hələ bu məsələnin miqyasını və əhatə dairəsini tam anlamırıq”, - deyə SOCAR prezidenti bildirib.

Onun sözlərinə görə, kibertəhlükəsizlik sahəsində insanların gündəlik davranışları da risklər yarada bilər. Rövşən Nəcəf qeyd edib ki, bəzi hallarda kibertəhlükəsizlikdən məlumatlı şəxslər belə istifadə etdikləri tətbiqlər vasitəsilə öz yerləşmə məlumatlarını paylaşa bilərlər.

SOCAR prezidenti gələcək üçün əsas bacarıqlardan birinin dəyişən şəraitə uyğunlaşmaq olduğunu vurğulayıb.

“Avtomatlaşdırma, robototexnika və süni intellekt inkişaf edir. Lakin gələcəkdə süni intellektdən, robototexnikadan və avtomatlaşdırmadan istifadə edə bilmədiyimiz vəziyyətlərin necə olacağını da düşünməliyik. Ona görə ənənəvi bacarıqlar hələ də çox vacibdir. Çünki nə baş verəcəyini bilmirik”, - deyə o bildirib.

Rövşən Nəcəf qeyd edib ki, həm dövlət, həm də biznes idarəçiliyində müxtəlif ssenarilər üzrə planların hazırlanması vacibdir. Onun sözlərinə görə, hansısa texnologiya və ya sistem işləmədikdə alternativ fəaliyyət planlarının olması zəruridir.

O bildirib ki, gələcəyin əməkdaşları həm süni intellekt, robototexnika və digər yeni texnologiyalarla işləmək, həm də onların olmadığı şəraitdə fəaliyyət göstərmək bacarığına malik olmalıdır.

“Biz vəziyyət dəyişdikcə uyğunlaşmaq və düşüncə tərzimizi transformasiya etmək bacarığına sahib olmalıyıq”, - deyə SOCAR prezidenti əlavə edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər