Menyu

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Operativ Media
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
1 dəq oxu

Azərbaycan daha bir boksçusu Budvada U-17 Avropa çempionatının qalibi olub.

Bu barədə Operativ Media-ya Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Bildirilib ki, bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə Məhəmmədəli İstamov (57 kq) qalxıb. 

O, finalda Con Elamı məğlub edib - 4:1 (29:28, 30:27, 28:29, 29:28, 29:28. 

Beləliklə, milli komandamız #U17 Avropa çempionatını 8 (2-3-3) medalla başa vurub. İstamovdan öncə Cəmilə Muradlı (57 kq) qızıl, Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar. 

Qeyd edək ki, çempionatda 40 ölkədən 473 (314 oğlan, 159 qız) idmançı mübarizə aparırdı.

Əlaqəli Xəbərlər