Menyu

Vergi orqanlarının dövlət büdcəsinə daxilolmaları 9,4 faiz artıb

Operativ Media
Vergi orqanlarının dövlət büdcəsinə daxilolmaları 9,4 faiz artıb
1 dəq oxu

2026-cı ilin yanvar-sentyabr aylarında vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 13 milyard 630,4 milyon manat vəsait daxil olub.

Operativ Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin dövlət və icmal büdcələrinin icrasına dair operativ məlumatında bildirilib.

Hesabat dövründə dövlət büdcəsinin gəlirlərinin 46,5 faizi vergi orqanlarının xətti ilə daxilolmaların payına düşüb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi orqanlarının xətti ilə daxilolmalar 1 milyard 174,6 milyon manat və ya 9,4 faiz artıb.

Gömrük orqanlarının xətti ilə daxilolmalar isə 4 milyard 973,3 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 225,3 milyon manat və ya 4,7 faiz çoxdur.

Əlaqəli Xəbərlər