Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
Operativ Media
1 dəq oxu
Fərmanla müəyyən edilib ki, Zəngilan Aqroparkı müasir texnologiya və üsulların tətbiqi yolu ilə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı üçün istifadə olunan, bu sahədə sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
Operativ Media xəbər verir ki, Fərmana əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb.
Prezident İlham Əliyev Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar bəzi fərmanlarda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb.
Sorğu