Menyu

Ağıllı saatlara 20 manat aksiz vergisi tətbiq olunacaq

Operativ Media
Ağıllı saatlara 20 manat aksiz vergisi tətbiq olunacaq
1 dəq oxu

Ağıllı saatlar da mobil cihaz hesab olunacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq ediləcək.

Operativ Media xəbər verir ki, bu məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, 9 dekabr 2025-ci il tarixli 297-VIIQD nömrəli Qanunla Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, mobil cihazlar aksizli malların siyahısına əlavə edilib və hər birinə 20 manat məbləğində aksiz vergisi müəyyənləşdirilib.

Eyni zamanda, fiziki şəxslərin şəxsi məqsədlər üçün təqvim ili ərzində gömrük ödənişlərindən azad olunmaqla bir ədəd mobil cihaz gətirməsinə icazə verilməsi nəzərdə tutulub. Bu müddəalar 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.

Əlaqəli Xəbərlər