Menyu

Portuqaliyanın baş naziri Ronaldoya təşəkkür edib

Operativ Media
Portuqaliyanın baş naziri Ronaldoya təşəkkür edib
1 dəq oxu

Portuqaliyanın baş naziri Luis Monteneqru Kriştianu Ronaldunun milli komandadakı karyerasını başa vurmaq qərarına münasibət bildirib.

Operativ Media xəbər verir ki, 41 yaşlı hücumçu noyabrın 5-də sosial şəbəkə hesablarında paylaşdığı beş dəqiqəlik videomüraciətlə 23 illik çıxışından sonra Portuqaliya millisindən ayrılacağını açıqlayıb.

Baş nazir futbolçuya təşəkkürünü çatdıraraq onun milli komandanın heyətində qazandığı uğurların daim xatırlanacağını vurğulayıb.

“Kriştianu, təşəkkür edirəm! Portuqaliya millisinin heyətində meydanda etdikləriniz əbədi olaraq yaddaşlarda qalacaq. Bundan sonra da meydandan kənarda ölkəmizi bütün dünyada təmsil etməyə davam edəcəksiniz”, – deyə Monteneqru sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Kriştianu Ronaldu Portuqaliya millisinin heyətində 234 oyun keçirib və 146 qol vurub. O, yığma ilə 2016-cı ildə Avropa çempionu olub, həmçinin 2018/2019 və 2024/2025 mövsümlərində iki dəfə Millətlər Liqasının qalibi adını qazanıb.

Əlaqəli Xəbərlər