Menyu

Kodzo Taşima FIFA prezidentliyinə namizədliyini irəli sürüb

Operativ Media
Kodzo Taşima FIFA prezidentliyinə namizədliyini irəli sürüb
1 dəq oxu

Yaponiya Futbol Assosiasiyasının keçmiş prezidenti Kodzo Taşima FIFA prezidentliyi uğrunda mübarizəyə qoşulmaq qərarına gəlib.

Operativ Media xəbər verir ki, bu barədə “Gekisaka” portalı məlumat yayıb. Taşima namizədliyini Tokioda təşkil etdiyi mətbuat konfransında açıqlayıb.

FIFA prezidentliyinə növbəti seçkilər 2027-ci ilin martında keçiriləcək. Namizədlərin müraciətləri noyabrın 18-dək qəbul olunacaq. Hazırda quruma isveçrəli Canni İnfantino rəhbərlik edir.

Kodzo Taşima namizədliyini irəli sürməsinə səbəb kimi 2026-cı il dünya çempionatı ətrafında yaranmış iki mübahisəli hadisəni göstərib. Bunlardan biri ABŞ millisinin hücumçusu Folarin Baloqunun diskvalifikasiyasının ləğvi, digəri isə ABŞ-nin İran yığmasının ölkəyə girişinə məhdudiyyət tətbiq etməsidir.

Əlaqəli Xəbərlər