Menyu

İordaniya Kralı rəsmi səfərlə Qazaxıstana gəlib

Nicat Hüseynli
İordaniya Kralı rəsmi səfərlə Qazaxıstana gəlib
1 dəq oxu

İordaniya Kralı II Abdulla ibn əl-Hüseyn Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə rəsmi səfər çərçivəsində Astanaya gəlib.

Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Qazaxıstan lideri İordaniya Kralını hava limanında qarşılayıb. Daha sonra Akordada rəsmi qarşılanma mərasimi keçirilib.

Səfər çərçivəsində tərəflər ticarət, iqtisadiyyat, investisiya və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər.

Qeyd edək ki, noyabrın 6-da Astanada bir neçə dövlət başçısının iştirakı ilə Əqəbə Prosesi sammiti keçiriləcək.

Əlaqəli Xəbərlər