Menyu

Valideynlərini itirmiş şəxslərə məcburi köçkün statusu verilməsi qaydası dəyişir

Xəbərlər redaksiyası
Valideynlərini itirmiş şəxslərə məcburi köçkün statusu verilməsi qaydası dəyişir
1 dəq oxu

Məcburi köçkün statusuna malik valideynlərini itirmiş şəxslərə status verilməsi üçün şəxsiyyət vəsiqəsinin alınması tələbi aradan qaldırılır. Bununla da həmin şəxslərin status alması üçün nəzərdə tutulan şərtlərdən biri ləğv edilir.

Operativ Media-nın əldə etdiyi məlumata görə, “Məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarına müvafiq dəyişiklik edilir.

Əvvəlki qaydaya əsasən, məcburi köçkün statusuna malik valideynlərini itirmiş şəxslərə bu statusun verilməsi üçün onların Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olması tələb edilirdi.

Yeni dəyişikliklə həmin müddəadan “və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış” sözləri çıxarılır.

Beləliklə, məcburi köçkün statusuna malik valideynlərini itirmiş şəxslərin status alması üçün Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini əvvəlcədən əldə etməsi şərti artıq nəzərdə tutulmayacaq.

Nəticədə, “məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş şəxslərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə veriləcək.

Qeyd edək ki, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin regional orqanları və ya yerli bölmələrində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir.

“Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs ərizə ilə birlikdə sənədləri elektron və ya kağız formada Komitənin regional orqanları və ya yerli bölmələrinə təqdim edir.

Ərizə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxslərin özü tərəfindən yazılmalı və imzası ilə təsdiq edilməlidir.

Şəxs sağlamlığına və ya digər səbəblərə görə özü müraciət edə bilmədikdə, o ərizəni səlahiyyətli nümayəndəsi (qəyyumu, vəkili və s.) vasitəsi ilə yaza və təqdim edə bilər.

Komitənin regional orqanları və yerli bölmələri “məcburi köçkün” statusu verilməsinə dair ərizələri əlavə edilmiş sənədlərlə birlikdə 7 iş günü müddətində Komitəyə təqdim etməlidirlər.

Əlaqəli Xəbərlər