Menyu

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxsi polis saxladı

Operativ Media
Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxsi polis saxladı
1 dəq oxu

Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəlif vaxtlarda şəhər ərazisində yerləşən digər obyektlərə də daxil olaraq talama cinayətləri törədib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər