http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Əmək yarmarkalarının məqsədi nədir? 

12 Oktyabr 2023 , 17:13
Əmək yarmarkalarının məqsədi nədir? 

Ölkə ərazisində iş tapmaqda çətinlik çəkən, eləcə də uyğun işçi tapmağa çalışan işəgötürənlərin sayı kifayət qədərdir. Bəzi insanlar hətta münasib iş tapa bilmədiklərinə görə, öz ixtisaslarına uyğun olmayan sahədə fəaliyyət göstərməli olurlar. Lakin, əhaliyə bu cəhətdən dəstək məqsədilə respublikanın müxtəlif ərazilərində əmək yarmarkaları təşkil olunur.

Dövlət Məşğulluq İdarəsinin mətbuat katibi Əsmər Nəcməddinqızı “Operativ Media”ya bildirib ki, əmək yarmarkaları işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratması və bu vasitə ilə də işə düzəlmələrinə köməklik məqsədilə həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biridir.

Ağalı sakinlərinin məşğulluğu üçün tədbirlər planı hazırlanıb” — AÇIQLAMA

O qeyd edib ki, yarmarkada iştirak etməklə vətəndaşlar həm karyera imkanları, əmək bazarı, peşələr haqqında məlumatlar əldə etmək, həm də Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti ilə tanış olmaq, aktiv məşğulluq tədbirlərinə müraciət etmək şansı yaranır:

“Yarmarkaya qatılan işəgötürənlər üçün dəstəyimiz bundan ibarətdir ki, qısa müddətdə zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə məhz yarmarkalarda şərait yaradılır. Yarmarkalarda iştirak etmək üçün xüsusi bir prosedura ehtiyac yoxdur. Əvvəlcədən Agentliyin sosial media hesablarında və digər platformalarda yarmarkanın yeri, tarixi, yarmarkaya təqdim olunacaq vakansiyaların sayı, peşə və ixtisas barədə ümumi məlumatlar paylaşılır. Vətəndaşlar həm bu vasitələrlə, həm də regional məşğulluq filiallarına müraciət etməklə yarmarkalar barədə məlumat əldə edə bilərlər. 

Cari ilin ötən dövründə paytaxtda və bölgələrdə ümumilikdə 81 əmək yarmarkası təşkil olunub. İşəgötürənlərlə birbaşa əməkdaşlıq çərçivəsində təşkil olunan bu tədbirlərdə ümumilikdə 964 müəssisə iştirak edib. Bura həm dövlət, həm də özəl müəssisələr aiddir. İşsiz və iş axtaran şəxslərə ümumilikdə yarmarkalarda 15 858 vakansiya təqdim edilib”.

Ə. Nəcməddinqızı qeyd edib ki, aktiv məşğulluq tədbirində öz kiçik biznesini qurmaq istəyən şəxslərə özünüməşğulluq proqramı, əmək bazarının tələbinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslərə peşə hazırlığı və agentliyin digər istiqamətləri barədə məlumatlar verilir:

“Müraciət etmək istəyən şəxslərin qeydiyyatı aparılır. Yarmarkalarda işəgötürənlər tərəfindən təqdim etdilən vakansiyalara dair tələblər qeyd olunur və elə yarmarka zamanı birbaşa həmin vakansiyalara müraciət edən şəxslərlə ilkin söhbət aparılır. Təbii ki, işəgötürənlər tərəfindən uyğun namizədlərin yerindəcə CV-si tərtib olunur və alınır, növbəti mərhələdə artıq işəgötürənlər tərəfindən uyğun namizədlərlə görüşlər keçirilir və işlə təminat prosesi bundan sonra həyata keçirilir. Təbii ki, burada işəgötürən tərəfindən yarmarkaya təqdim olunan vakansiyanın tələblərinə cavab verən namizədlər olduqca onlar işlə təmin olunur”.


Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

11 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

11 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

TTKF: Yeni tədris ilində 5300 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib

TTKF: Yeni tədris ilində 5300 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib

XƏBƏR LENTİ
  • 22:59

    Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib
  • 22:44

    İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb
  • 22:33

    Rusiya hərbçiləri Donetsk vilayətinin Uqledar şəhərinə daxil olub
  • 21:57

    Ərdoğan Miçotakislə görüşüb
  • 21:20

    Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək
  • 21:05

    Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb
  • 20:57

    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb
    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb
  • 20:53

    Ərdoğan: Dünya 5-dən böyükdür, daha ədalətli dünya mümkündür
Menyu