12 Oktyabr 2023, 17:31
Piyada keçidindən keçməyən qadını maşın vurdu (VİDEO)
Piyada keçidindən keçməyən qadını maşın vurdu (VİDEO) şəkil
Piyada keçidindən keçməyən qadını maşın vurdu (VİDEO)

Bir neçə metr yaxınlıqda piyada keçidi olmasına baxmayaraq, yolun müəyyən olunmayan hissəsindən keçən piyadanı minik avtomobili vurub.

Trend xəbər verir ki, bu barədə görüntüləri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Bildirilib ki, yol-nəqliyyat hadisəsi bu gün axşam saatlarında paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsində baş verib:

"Müşahidə kameralarının qeydə aldığı görüntülərə əsasən deyə bilərik ki, xüsusilə də Yusif Səfərov küçəsində yeraltı və nizamlanan piyada keçidləri olmasına baxmayaraq, bəzi piyadalar yolun hərəkət hissəsindən istifadə etməklə yolu keçirlər.

Belə olduqda da təəssüflər olsun ki, piyadaların vurulması ilə nəticələnən qəzaların baş verməsi qaçılmaz olur".

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha piyadaları piyada keçidlərindən istifadə etməyə çağırıb.

Son xəbərlər
İlham Əliyevin Türkiyə səfərindən görüntülər - VİDEO
19 İyun 2025, 22:59
Yevlaxda 1 nəfər kanalda batıb
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Paşinyan Brüsselə gedəcək
Tramp yaxın iki həftə ərzində İrana zərbə ilə bağlı qərar verəcək