Zaqatalada yol qəzası olub, ölən və xəsarət alanlar var

admin
Zaqatalada yol qəzası olub, ölən və xəsarət alanlar var

Zaqatalada yol qəzası olub, ölən və xəsarət alan var.

Bu barədə "Operativ Media" ya DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, oktyabrın 14-ü saat 10 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində Bayram Heydərovun idarə etdiyi “VAZ-2106” və Fikrət Əliyevin idarə etdiyi “VAZ-21011”markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-2106”dakı sərnişin, 1960-cı il təvəllüdlü Zaqatala şəhər sakini Bilalova Yeganə Məhərrəm qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü və “VAZ-2106” markalı avtomobildəki iki sərnişin - Gülnar Heydərova, eləcə də 2017-ci il təvəllüdlü bir azyaşlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Digər xəbərlər