Bakının 16 küçə və prospektində tıxac var

admin
Bakının 16 küçə və prospektində tıxac var

Bakının 16 yolunda tıxac yaranıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

7. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

8. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

10. Zərifə Əliyeva küçəsində;

11. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

12. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

13. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

14. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

15. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

16. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Digər xəbərlər