Menyu

Whatsappda yeni iki funksiya olacaq

Əziz Əzizli
Whatsappda yeni iki funksiya olacaq

Meta “WhatsApp”da iki yeni funksiya üzərində işləyir.

"Operativ Media" xəbər verir ki, beta istifadəçiləri tərəfindən sınaqdan keçirilən xüsusiyyətlərlə istifadəçilər səsli və video mesajlar arasında keçiddə çətinlik çəkməyəcək və söhbətlərdə tarixə görə axtarış edərək köhnə mesajlara daha asan daxil ola biləcəklər.

Belə ki, “WhatsApp” ötən aylarda səsli mesajlar kimi video mesajlar göndərə biləcəyimizi elan etdi. Lakin bəzi istifadəçilər iki funksiya arasında keçid etməkdə çətinlik çəkirdilər.

Meta vəziyyəti dərk edərək, indi səsli və video mesaj rejiminin dəyişməsini asanlaşdırmağı hədəfləyir.

Sınaqdan keçmiş başqa bir funksiya ilə istifadəçilər artıq tarixə görə söhbətlərini axtara biləcəklər. Bu yolla köhnə mesajları tapmaq daha asan olacaq.

Həmçinin “WhatsApp”ın "Zənglərdə IP ünvanını qoruyun" seçimi ilə cihazda zənglər öz serverləri vasitəsilə ediləcəyi üçün zəngdəki digər şəxsin ünvanını və IP adresini tapmağı əngəlləyən yenilik üzərində işlədiyini bildirib.

Sevinc İbrahimzadə

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər