Menyu

Azərpoçt”un adından saxta SMS-lər göndərilir

Azərpoçt”un adından saxta SMS-lər göndərilir

Kiberdələduzlar “Azərpoçt” MMC-nin adından istifadə edərək vətəndaşlara saxta SMS-lər göndərir.

"Operativ Media" xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Vətəndaşlardan onlara göndərilən keçidə daxil olmaları, daha sonra fərdi və bank kartı məlumatlarını daxil etmələri tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.

Teqlər:

"Az\u0259rpo\u00e7t\u201dun ad\u0131ndan saxta SMS-l\u0259r g\u00f6nd\u0259rilir"

Əlaqəli Xəbərlər