Fransa: Fələstin-İsrail münaqişəsində region ölkələrinin səhvi var
"Yaxın Şərq regionu ölkələri Fələstin-İsrail nizamlanmasının iqtisadi komponentinə diqqət yetirərək, Fələstin-İsrail münasibətlərindəki "inkişafları" görmədilər".
"Operativ Media" xəbər verir ki, bu fikri “La Tribune” qəzetinə müsahibəsində Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib.
"Avropa və ABŞ son illərdə Fələstin məsələsindən niyə uzaq dayanır?" - sualına cavab olaraq Kolonna bildirib ki, regiondakı digər ölkələr haqqında danışmaq lazımdır: "Əvvəla, hadisələrin inkişafını görməyənlər hesab edirdilər ki, Fələstin-İsrail məsələsinə iqtisadi nöqteyi-nəzərdən yanaşmaq lazımdır", - Kolonna bildirib.
Onun sözlərinə görə, İsrail, Bəhreyn və BƏƏ arasında İbrahim sazişinin məntiqi bu prinsip üzərində qurulub. Bu müqavilələri bağlayarkən, ilk növbədə, bir sıra ölkələr arasında İsraillə münasibətlərin normallaşdırılmasını təmin etmək və gərginliyi azaltmağa çalışırdılar.
"Ancaq bu gün fələstinlilər də siyasi həll tələb edir, bu isə yoxdur. ABŞ və Avropa ölkələri dialoqun və bizim həmişə müdafiə etdiyimiz və təbliğ etdiyimiz iki dövlətli həllin zəruriliyini bir daha təsdiqləməlidir. Və İsrail əmin olmalıdır ki, Fələstin dövləti onlar üçün təhlükəsizlik faktoru olacaq", - deyə nazir əlavə edib.
Teqlər:
"Fransa: F\u0259l\u0259stin-\u0130srail m\u00fcnaqi\u015f\u0259sind\u0259 region \u00f6lk\u0259l\u0259rinin s\u0259hvi var"