Menyu

Livanla sərhəddə İsrail hərbi postu atəşə tutulub

Livanla sərhəddə İsrail hərbi postu atəşə tutulub

Livanla sərhəddə İsrail hərbi postu atəşə tutulub və İsrail ordusu cavab atəşi açıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Ordudan qeyd edilib ki, insident bir müddət əvvəl Livanla sərhədə yaxın yerləşən Misqav Ama bölgəsində baş verib: "Bir müddət əvvəl terrorçular İsrail Müdafiə Qüvvələrinin Misqav Ama bölgəsindəki postunu atəşə tutublar, atışma Kiryat Şmona şəhərində sirenlərin işə düşməsinə səbəb olub".

Mətbuat xidməti əlavə edib ki, İsrail Müdafiə Qüvvələri Livanda yerləşən atəş mənbəyinə atəşlə cavab verib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər