Qubada marşrut avtobusu qəzaya düşüb, yeddi nəfər yaralanıb
Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində "VAZ 2106" markalı minik avtomobili ilə Quba-Zərdabi marşrut xətti üzrə işləyən "Mercedes" markalı mikroavtobus toqquşub.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Hadisə nəticəsində yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Onlar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Quba Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırmalar aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net