http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycan 6-cı Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur

05 Noyabr 2023 , 09:50
Azərbaycan 6-cı Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur

Noyabrın 5-də Çinin iri maliyyə-biznes mərkəzi olan Şanxay şəhərində 6-cı Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb.

"Operativ Media" xəbər verir ki, 6-cı Çin Beynəlxalq İdxal Sərgisi xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyır. Sərgiyə 154 ölkə və beynəlxalq təşkilatdan 3400 iştirakçı, o cümlədən “Global Fortune 500” siyahısından 289 şirkət qatılıb. Təxminən 410 min peşəkar ziyarətçi sərgi üçün qeydiyyatdan keçib. Şanxay sərgisində 70-dən çox ölkənin milli stendi ilə yanaşı, müxtəlif sahələr üzrə şirkətlərin biznes pavilyonları da fəaliyyət göstərir.

Noyabrın 10-dək davam edəcək sərginin gedişində 400-dən çox məhsul, texnologiya və xidmət ictimaiyyətə ilk dəfə təqdim olunacaq.

Sərgidə Azərbaycandan Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti iştirak edir.

“Made in Azerbaijan” stendində Azərbaycan şirkətlərinin istehsal etdikləri şərab brendləri, digər alkoqollu və alkoqolsuz içkilər, qənnadı məmulatları, fındıq, nar şirəsi, konservlər və digər məhsullar nümayiş olunur. Ziyarətçilərə Azərbaycan məhsullarına dair kataloqlar təqdim edilir, məhsulların dequstasiyası keçirilir. Stenddə ikitərəfli görüşlər üçün xüsusi yerlər ayrılıb ki, burada Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, məhsul ixracına dair müzakirələr apara bilirlər.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib

Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib

2025-ci ilin dövlət büdcəsi: Cari xərclərin artımı sosial təminatı necə dəyişəcək?

2025-ci ilin dövlət büdcəsi: Cari xərclərin artımı sosial təminatı necə dəyişəcək?

AMB yaxın aylarda valyuta bazarına satış yönlü müdaxilə edəcəyini istisna etmir

AMB yaxın aylarda valyuta bazarına satış yönlü müdaxilə edəcəyini istisna etmir

XƏBƏR LENTİ
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
  • Dünən
    21:00

    İsrail BMT Baş Assambleyasının qətnaməsini rədd edib
Menyu