05 Noyabr 2023, 11:14
Polis Masallıda kobud qayda pozan sürücüləri aşkarlayıb
Polis Masallıda kobud qayda pozan sürücüləri aşkarlayıb şəkil
Polis Masallıda kobud qayda pozan sürücüləri aşkarlayıb

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək qəza hadisələrinin qarşısının alınması məqsədilə Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən kobud qayda pozuntularına yol verən, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülərlə bağlı profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media" ya verilən məlumata görə, keçirilən profilaktik tədbirlər zamanı nəqliyyat vasitəsini sərxoş şəkildə idarə edən, avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, ötmə və manevr qaydalarını pozan, sürücülük vəsiqəsi olmadan sükan arxasına keçən, yükdaşıma və sərnişindaşıma qaydalarını pozanlar, həmçinin ixrac etdikləri qazların tərkibindəki zərərli maddələrin miqdarı normadan artıq olan avtomobillər aşkarlanıb.

Profilaktik tədbirlər zamanı həmçinin dayanma-durma qaydalarını pozaraq digər nəqliyyat vasitələri və piyadaların hərəkətinə maneə yaradan sürücülər də müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Sürücü və sərnişinlərin mənzil başına rahat və təhlükəsiz şəkildə çatması, baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə bu kimi profilaktiki tədbirlər mütəmadi şəkildə davam etdirilir.

Son xəbərlər
Xəzər dənizində zəlzələ olub
Pənah Hüseyn AXP sədrliyindən istefa verdi
"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir
İsrailin Zəncana endirdiyi zərbə nəticəsində 2 SEPAH hərbçisi həlak olub
İranın bir gecədə İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək