Menyu

Bakıda qamışlıq sahədə yanğın başlayıb

Bakıda qamışlıq sahədə yanğın başlayıb
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən "Operativ Media" ya  verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlaqəli Xəbərlər