Milli Məclisdə qeydiyyatsız evlər məsələsi qaldırılıb
Hazırda ölkədə çox sayda qeydiyyatsız evlər var. Prezident İlham Əliyev də göstəriş verib ki, qeydiyyatsız evlər qeydiyyata alınmalıdır.
“Operativ Media” nın məlumatına görə, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, elə adam var ki, nəvəsini artıq o evdən gəlin köçürüb, amma hələ oturduğu ev qeydiyyata alınmayıb. “Kim nə etməlidir bununla bağlı? BMT qətnamə qəbul etməlidir? Tapşırıq verilib, yerinə yetirilməlidir. Vətandaşları əksinə dövlətdən narazı salırlar”, -deyə komitə sədri bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net