Fransa Ukraynanın imtina etdiyi hərbi texnikanı Ermənistana satıb
Redaksiya
Fransa Ermənistanın hərbi yardım tələbinə müsbət cavab verib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Ouest France" nəşri məlumat yayıb.
Məlumatda Fransanın Gürcüstan üzərindən Ermənistanda hərbi texnika göndərməsi təsdiqlənib. Bildirilir ki, “Bastion” çoxməqsədli zirehli texnikası Gürcüstanın Poti limanına çatdıqdan sonra qatar vasitəsilə Ermənistana yola salınacaq.
"Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna hələ oktyabrın 3-də İrəvana səfəri zamanı bəyan edib ki, Paris Ermənistana hərbi texnikanın çatdırılmasına razılaşıb.
Oktyabrın 22 və 23-də Ermənistanın müdafiə naziri Suren Papikyan fransalı həmkarı Sebastyan Lekornu ilə görüşmək üçün Parisdə olub. Daha sonra Fransa tərəfindən hərbi texnikanın sürətli tədarükü üçün müqəddimə kimi ikitərəfli əməkdaşlıq haqqında sazişlər imzalanıb".
Nəşr bildirir ki, göndərilən texnikalar əvvəlcə Ukrayna üçün nəzərdə tutulubmuş. Lakin Kiyev həmin texnikaların artilleriya və raket hücumundan zəif müdafiə olunmasını və effektivliyinin az olmasını əsas gətirərək imtina edib. Daha sonra Fransa həmin texnikalarl Ermənistana satıb.
Teqlər:
"Fransa Ukraynan\u0131n imtina etdiyi h\u0259rbi texnikan\u0131 Erm\u0259nistana sat\u0131b"