22 Noyabr 2023, 12:32
Kürdəmirdə ata və oğulu güllələyən şəxsin istintaqı başa çatıb
Kürdəmirdə ata və oğulu güllələyən şəxsin istintaqı başa çatıb şəkil
Kürdəmirdə ata və oğulu güllələyən şəxsin istintaqı başa çatıb

Bir şəxsi qəsdən öldürməkdə, bir şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində ibtidai istintaq yekunlaşıb.

Kürdəmir rayon sakini 1977-ci il təvəllüdlü Müşfiq Məmmədovun cari ilin iyun ayının 10-da qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Kürdəmir rayon Prokurorluğundan "Operativ Media" ya verilən xəbərə görə, istintaqla Cümşüd İslamovun qanunsuz olaraq əldə edib üzərində daşıdığı odlu silahdan Kürdəmir şəhərinin 69-cu məhəlləsi ərazisində atəş açması və xuliqanlıq niyyəti ilə tanışı Müşfiq Məmmədovu onun oğlu Fərid Məmmədovun gözü qarşısında qəsdən öldürməsinə, sonuncuya isə atası Müşfiq Məmmədovun gözü qarşısında atəş açmaqla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Cümşüd İslamova Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə ittiham elan olunmaqla, barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər
Pənah Hüseyn AXP sədrliyindən istefa verdi
"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir
İsrailin Zəncana endirdiyi zərbə nəticəsində 2 SEPAH hərbçisi həlak olub
İranın bir gecədə İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək
"Əl-Hilal" Osimhenə illik 50 milyon avro təklif edib