http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Əmək pensiyasının yenidən hesablanması qaydası müəyyənləşib

22 Noyabr 2023 , 12:42
Əmək pensiyasının yenidən hesablanması qaydası müəyyənləşib

Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasında dəyişiklik edilib.

"Operativ Media" nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib.

Qərara əsasən, əmək pensiyasının qanunda müəyyən olunmuş minimum məbləğə çatdırılması, indeksləşdirilməsi və maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) əmək pensiyasının tərkibinə daxil edilməsi ilə bağlı hesablamaların eyni vaxtda aparılması zərurəti yaranarsa, həmin hesablamalar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

- əmək pensiyası minimum məbləğə çatdırılır;

- maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) bir aya düşən hissəsi əmək pensiyasının tərkibinə daxil edilir;

- əmək pensiyası indeksləşdirilir.

Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr əvəzləşdirilir.

OXŞAR XƏBƏRLƏR
"Kişilər quş, qadınlar kərtənkələ alır" - Heyvan bazarından REPORTAJ

"Kişilər quş, qadınlar kərtənkələ alır" - Heyvan bazarından REPORTAJ

Avtomobil ustası: "Suda qalan avtomobillər ucuz olsa da, xərci çox olur"

Avtomobil ustası: "Suda qalan avtomobillər ucuz olsa da, xərci çox olur"

Külək güclənəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Külək güclənəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

XƏBƏR LENTİ
  • 14:17

    "Kişilər quş, qadınlar kərtənkələ alır" - Heyvan bazarından REPORTAJ
  • 14:07

    Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
  • 14:06

    Azərbaycan XİN rəhbəri Qətərin Baş naziri ilə görüşüb
    Azərbaycan XİN rəhbəri Qətərin Baş naziri  ilə görüşüb
  • 14:01

    Türkiyədən Yunanıstana qaçmaq istəyən 23 nəfər saxlanılıb
  • 13:58

    Avtomobil ustası: "Suda qalan avtomobillər ucuz olsa da, xərci çox olur"
  • 13:53

    Ançelotti: "Yarımfinala çıxacağımızı düşünən azdı"
  • 13:49

    Türkiyə prezidentinin köməkçisi Özbəkistana səfər edəcək
  • 13:42

    Dünyanın üçüncü böyük iqtisadiyyatı yanvar-mart aylarında 0,2 faiz artıb
Menyu