http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Orqan transplantasiyasının illik limiti açıqlandı

22 Noyabr 2023 , 13:33
Orqan transplantasiyasının illik limiti açıqlandı

İcbari tibbi sığortanın Xidmətlər Zərfi bu ilin avqust ayında yenilənib. Tibbi xidmət sayı 3315-ə çatdırılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

O bildirib ki, sayı artırılan tibbi xidmətlər ixtisaslaşdırılmış ambulator, laboratoriya, invaziv radioloji və stasionar tibbi xidmətlərdir:

"Yeni xidmətlər sırasına vətər, əzələ köçürülməsi, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub.

 

2023-cü ilin avqust ayından bəri icbari tibb sığorta çərçivəsində icra edilmiş orqan transplantasiyası əməliyyatlarının sayı böyrək transplantasiyası, qaraciyər transplantasiyası, sümük iliyi üzrə müvafiq olaraq 21, 15 və 1 olub".

Vurğulanıb ki, ki, qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilib:

"Bu transplantasiya əməliyyatları zamanı dərman təchizatı Xidmətlər Zərfi ilə təminata alınıb. Transplantasiya üçün bir canlı donorun əməliyyata hazırlanması və əməliyyatı tibbi xidmətin tarifinə daxildir".

OXŞAR XƏBƏRLƏR
Sumqayıtda zavodda yanğın olub

Sumqayıtda zavodda yanğın olub

İki rayonda qazın verilişi bərpa olunub

İki rayonda qazın verilişi bərpa olunub

Bu rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bu rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq

XƏBƏR LENTİ
  • 22:26

    Rumıniya və Moldova Aİ, NATO, ATƏT və BMT ilə hərbi əməkdaşlıq edəcək
  • 22:11

    Sumqayıtda zavodda yanğın olub
  • 21:59

    Tbilisidə etirazçılar parlament binasını mühasirəyə almaq qərarına gəliblər
  • 21:48

    Kondratyuk: Ərazilərin minalardan təmizlənməsi Azərbaycanla Ukraynanı birləşdirən problemdir
  • 21:42

    Bəxtiyar Həsənalizadənin çıxış etdiyi klubun prezidenti məhkəməyə çıxarılır - 5 futbolçu dindiriləcək
  • 21:22

    Azərbaycan və Ermənistan tərəfləri Almatıda keçiriləcək danışıqlarda iştirak edəcəklərini təsdiqləyiblər
    Azərbaycan və Ermənistan tərəfləri Almatıda keçiriləcək danışıqlarda iştirak edəcəklərini təsdiqləyiblər
  • 21:09

    Ukrayna Ali Radasının sədr müavini ilə ANAMA-da görüş keçirilib
  • 20:56

    Pentaqonun rəhbəri: ABŞ Ukraynaya bacardığı qədər ATACMS raketləri verəcək
Menyu