http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

STM-in boşanmalarla bağlı sorğusunun nəticələri açıqlanıb

22 Noyabr 2023 , 16:10
STM-in boşanmalarla bağlı sorğusunun nəticələri açıqlanıb

Sosial Tədqiqatlar Mərkəzi  son dövrlər vaxtaşırı ictimai müzakirə gündəminə çevrilən boşanma mövzusunda bir sıra məsələlər - boşanma qərarına gətirən hallar, ailənin möhkəmliyini təmin edən amillər və digər məsələlər ətrafında əhalinin mövqeyini rəy sorğusu əsasında öyrənib. Boşanmanı legitim edən amillər kimi, məhz bu səbəblərə görə boşanma baş verdiyi təqdirdə ictimai qınağın nisbətən az olacağı hallar nəzərdə tutulub. Respondentlərə bu istiqamətdə müxtəlif amillər təqdim olunmaqla, ən çox üç cavab variantını seçmək təklif edilib.

Boşanma qərarının verilməsini legitim edən amillər arasında ən yüksək faiz göstəricisi ilə (51,6%)  ailədə narkomaniya və alkoqolizm problemi göstərilib. İkinci amil kimi isə ailədaxili şiddət, zorakılıq problemi (27,3%) qeyd olunub. Cəmiyyətdə məhz deviant hesab olunan davranışların, yəni “ağır” səbəblərin boşanma qərarını legitimləşdirən hallar kimi ən çox seçilməsi boşanma statistikasına baxmayaraq, ailə münasibətlərinin insanlar üçün olduqca əhəmiyyətli olması ilə əlaqəlidir. Növbəti pillələrdə  xarakter uyğunsuzluğu (16,4%) və nikahdankənar münasibət (16,4%) cavabları yer alıb.

Demoqrafik göstəricilərə görə bölgüdə bir sıra əhəmiyyətli fərqlər üzə çıxıb. Boşanmanı legitimləşdirən hal kimi ailədaxili şiddət və zorakılığı göstərənlər arasında qadınlar kişilərdən daha çoxdur. Belə ki, qadınların  63%-i, kişilərin  27%-i belə cavab verib. Bu zorakılığa həssaslıqda ciddi gender fərqlərinin olmasını nümayiş etdirir. Narkomaniya və alkoqolizmə münasibətdə isə gender fərqləri aşkar olunmur, yəni bu sosial problemlərə qadınlar və kişilər eyni dərəcədə neqativ münasibət bəsləyirlər. Digər mühüm məqam ailədaxili şiddətin qavranılmasında yaş fərqlərinin olmasıdır. Belə ki, bu amilə həssas yanaşanlar daha çox cavan nəslə aid respondentlərdir. Yaşı 35-ə qədər olanların 34%-i, yaşı 55-dən çox olanların yalnız 20%-i bu cavabı seçib. Yenə də müqayisə üçün qeyd edə bilərik ki, narkomaniya və alkolqolizmə həssaslıqda yaş qrupları arasında  statistik əhəmiyyətli fərq qeydə alınmayıb.

Cavabların ümumi  və demoqrafik bölgülərə əsasən təhlili müasir dövrdə ailənin psixoemosional funksiyasının getdikcə daha çox önəm kəsb etməsi, deviant davranışlar (narkomaniya/alkoqolizm), xüsusilə ailədaxili şiddətə getdikcə daha dözümsüz münasibətin formalaşdığını göstərir.

Qeyd edək ki, sorğular 2023-cü il ərzində telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 384 respondent iştirak edib. Sorğu 12 iqtisadi rayonu əhatə edib. Seçmə çərçivəsi ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub.

Bu məqsədlə sözügedən inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və məlumatların yalnız ümumiləşdirilmiş qaydada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Laçına çatıb

Növbəti köç karvanı Laçına çatıb

Nazir müavini: Dövlət-özəl tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək

Nazir müavini: Dövlət-özəl tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək

May ayında hava necə olacaq?

May ayında hava necə olacaq?

XƏBƏR LENTİ
  • 16:29

    Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
  • 16:13

    Azərbaycan Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq
  • 16:10

    Gələn ay Şuşaya 20 ailə köçürüləcək
    Gələn ay Şuşaya 20 ailə köçürüləcək
  • 16:09

    Rusiya və Tacikistan XİN rəhbərləri arasında telefon danışığı olub
  • 16:02

    Avropa Birliyi "Meta"ya qarşı araşdırma başladıb
  • 16:01

    Növbəti köç karvanı Laçına çatıb
  • 15:59

    Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır
  • 15:56

    Ayxan Hacızadə: Fransa daxili işlər nazirinin Azərbaycana qarşı səsləndirilmiş iddiaları əsassızdır
    Ayxan Hacızadə: Fransa daxili işlər nazirinin Azərbaycana qarşı səsləndirilmiş iddiaları əsassızdır
Menyu