Menyu

Qanunsuz yollarla Azərbaycandan Rusiyaya getmək istəyən pakistanlılar saxlanılıb

Qanunsuz yollarla Azərbaycandan Rusiyaya getmək istəyən pakistanlılar saxlanılıb

Noyabrın 21-də saat 13:35-də Qusar rayonunun Zuxul kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Pakistan İslam Respublikası vətəndaşları 1974-cü il təvəllüdlü Majeed Abdul Muhammad, 1979-cu il təvəllüdlü Muhammad Yaseen Ali, 2004-cü il təvəllüdlü Abu Bakar Ahsan ve 2008-ci il təvəllüdlü Ullah Ubaid Ahsan Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Bu barədə "Operativ Media"ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Araşdırma zamanı saxlanılan əcnəbi vətəndaşların ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Teqlər:

"Qanunsuz yollarla Az\u0259rbaycandan Rusiyaya getm\u0259k ist\u0259y\u0259n pakistanl\u0131lar saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər