"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Naxzirliyi məlumat yayıb.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 20-nə keçən gecə Biləcəri qəsəbəsində evlərin birindən 4700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Mirkamal Ağayev, Sabirabad rayon sakini Məhəbbət İslamov, Xaçmaz rayon sakini Emin Rüstəmov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş Amil Nəsirov saxlanılıblar.